Avropa çempionatları tarixində ən erkən qol vurulub
Bakı, 15 iyun, AZƏRTAC
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.
AZƏRTAC xəbər verir ki, bu rekorda Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami imza atıb. O, B qrupunun ilk turunun İtaliya ilə oyununun 23-cü saniyəsində fərqlənib.
Hazırda hesab 2:1 italiyalıların xeyrinədir.
Qeyd edək ki, bunadək Avropa çempionatları tarixində ən erkən qol rekordu Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenkoya məxsus idi. O, “Avro 2004”də Yunanıstanla matçın 68-ci saniyəsində rəqib qapısına yol tapmışdı.
Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib
“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib
Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib