×
A
A
A
Sazlamalar

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 15-də Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, B qrupunun ilk matçında İspaniya və Xorvatiya komandaları üz-üzə gəlib. Görüş ispanların 3:0 hesablı
qələbəsi ilə yekunlaşıb. Qolları Alvaro Morata, Fabian Ruiz və Dani Karvaxal vurublar.
B qrupunun ikinci oyunu İtaliya ilə Albaniya yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Günün ilk görüşü B qrupunda baş tutub. İsveçrə Macarıstanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

İdman 2024-06-15 22:02:00