×
A
A
A
Sazlamalar

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Bakı, 15 iyun, AZƏRTAC

“Zirə” komandası yeni futbolçu ilə anlaşıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qartallar” “Kəpəz”dən Junior Martinsi transfer edib. Braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.

İdman 2024-06-15 20:02:00