Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib
Ankara, 15 iyun, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz birlikdəyik...Bizim sözümüz birdir...Bizim gücümüz birdir”.
Təbrik mətnində qeyd edilib: “Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” kəlamının işığında qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə dəstəkləyəcəyik”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək
Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq