×
A
A
A
Sazlamalar

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

Bakı, 15 iyun, AZƏRTAC

Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, A qrupunun ikinci matçında Macarıstan və İsveçrə komandaları üz-üzə gəlib. Görüş isveçrəlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İsveçrə seçməsinin heyətində qolları Kvadvo Duah, Mişel Aebişer və Bril Embolo vurublar. Macarıstanın yeganə topuna isə Bernabaş Varqa imza atıb.
Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya Xorvatiya, İtaliya isə Albaniya ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

İdman 2024-06-15 19:00:00