×
A
A
A
Sazlamalar

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bakı, 15 iyun, AZƏRTAC
"Kəpəz" klubu iki futbolçu ilə yollarını ayırıb.
Gəncə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müqaviləsi başa çatan Mate Kvirkviya və Adama Niane ilə anlaşma yenilənməyib. Hər iki legioner komandanı tərk edib.
Yarımmüdafiəçi mövqeyində oynayan Mate son iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub. Adama isə yalnız ötən mövsüm “Kəpəz”də çıxış edib.

İdman 2024-06-15 16:51:00