×
A
A
A
Sazlamalar

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Bakı, 15 iyun, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Dallas Maveriks” və “Boston Celtics” komandaları dördüncü dueldə üz-üzə gəliblər. Seriyanın ilk üç matçında qalib gələn Boston təmsilçisi bu dəfə rəqibinə 84:122 hesabı ilə məğlub olub.
Hazırda bostonlular seriyada 3:1 hesabı ilə öndədirlər.
Seriyanın beşinci oyunu iyunun 18-də baş tutacaq.

İdman 2024-06-15 13:13:00