×
A
A
A
Sazlamalar

Salyanda yol qəzası olub, yaralılar var

Salyan,14 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza saat 17 radələrində Ələt-Astara yolunun rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər - İbrahimov Həbib və Zülfüqarov Rövşən Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-06-14 21:25:00