"Borussiya Dortmund" türkiyəli mütəxəssisə tapşırılıb
Bakı, 14 iyun, AZƏRTAC
Almaniyanın "Borussiya Dortmund" komandasının yeni baş məşqçisi məlum olub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu postda türkiyəli mütəxəssis Nuru Şahin gətirilib. Onunla 2027-ci ilədək müqavilə imzalanıb.
O, bu vəzifədə ötən gün istefaya göndərilən Edin Terziçi əvəzləyib.
Qeyd edək ki, Nuri Şahin daha əvvəl Bundesliqa təmsilçisində Edin Terziçin köməkçisi işləyib.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib
Çempionlar Liqası: PSJ səfərdə inamlı qələbə qazanıb
Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb