×
A
A
A
Sazlamalar

Yağışdan sonra Kürdəmirdə avtomobillərin hərəkəti çətinləşib

Kürdəmir, 14 iyun, Rəşad Türkoğlu, AZƏRTAC

Kürdəmirdə aramsız leysan fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, günün ikinci yarısında başlayan güclü yağışdan sonra əmələ gələn sel suları şəhərin bir çox küçəsində sürücü və piyadalara çətinlik yaradıb.
Bəzi küçələrdə suyun səviyyəsi artdığı üçün avtomobillərin hərəkəti çətinləşib.
Fərdi evlər, həyətlər və yardımçı tikliləri su basıb. Vəziyyətlə əlaqəli əraziyə canlı qüvvə və texnika cəlb edilib.

Regionlar 2024-06-14 20:36:00