×
A
A
A
Sazlamalar

İmişlidə yol qəzasında 3 nəfər xəsarət alıb

İmişli, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin yoldan çıxması nəticəsində 3 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası rayonun Murğuzallı kəndi ərazisində qeydə alınıb. Abdullayev Mirmansur Mirhəmzə oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü ilə bərabər iki nəfər sərnişin - Musalı Uğur Dilavər oğlu və İsalı Mirsadiq Mirpərviz oğlu xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilib. Xəstəxanadan bildirilib ki, hər üç şəxsin səhhəti normaldır. Xəsarət alanlardan iki nəfəri məzundur. Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-06-14 20:36:00