"Qarabağ" Musa Qurbanlını yenidən heyətinə cəlb edib
Bakı, 14 iyun, AZƏRTAC
"Qarabağ" komandası yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hücumçu Musa Qurbanlı heyətə cəlb olunub.
22 yaşlı forvardla üçillik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.
Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə "köhlən atlar"ın formasını geyinib. Oyunçu 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan "Qarabağ"ın uğurları üçün çalışan Musa 2023-cü ilin yayında Ağdam təmsilçisindən İsveç klubuna transfer edilib.
Qeyd edək ki, Musa Qurbanlı Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.
Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib
“Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub
Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək