×
A
A
A
Sazlamalar

Bayram günlərində Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 14 iyun, AZƏRTAC

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
“Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Abonentlərdən xahiş olunur içməli və tullantı su şəbəkələrində yaranan problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər”, - deyə məlumatda bildirilir.

İqtisadiyyat 2024-06-14 18:30:00