Sabah bir sıra küçələrdə təmir işləri aparılacaq
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 15-i saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinədək) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (Yollar bağlanmır).
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
İcraçı direktor: Bolqarıstan Azərbaycan üçün Avropaya qaz tədarükündə “açar” ölkədir
Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub
Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib
® “Ziraat Bank Azərbaycan”ın aktivlərinin cəmi 1 milyard manatı keçib
Pirallahıda sahibkarlarla biznes mühitinin inkişafı müzakirə edilib