Baş Qərargah rəisi mühəndis bölmələrinin taktiki-xüsusi təlimini izləyib VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev mühəndis bölmələri ilə keçirilən taktiki-xüsusi təlimi izləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mühəndis qoşunlarının hissə və bölmələrinin sərəncamında olan müasir silah və texnikaya baxış keçirildikdən sonra komandir heyətinin məruzələri dinlənilib. Baş Qərargah rəisinə məruzə olunub ki, plana əsasən, həyəcan siqnalı ilə qaldırılan bölmələr döyüşə hazır vəziyyətə gətirilərək, cəmləşmə rayonlarına çıxarılıb.
Təlimdə əsas diqqət Vətən müharibəsi və ondan sonrakı əməliyyatlar, eləcə də dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla mühəndis təminatı üzrə müxtəlif tapşırıqların icrasına yönəldilib.
Taktiki-xüsusi təlimin gedişini müsbət qiymətləndirən Baş Qərargah rəisi taktiki-xüsusi təlimlərin keyfiyyətinin daha da artırılması və onların real döyüş şəraitinə uyğun keçirilməsi barədə göstəriş verib.
Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub VİDEO