DİN: Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır
Bakı, 14 iyun, AZƏRTAC
Yaxın qohumlarının xəstə olması, müalicəsinə təcili pul lazım olması ilə bağlı vətəndaşlara kütləvi zənglər edilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumları – övladı, bacısı, qardaşı, atası və anasının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı vətəndaşlara yalan məlumat verərək təcili ödəniş olunması üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər. Cinayətkar şəxslər və qruplar tərəfindən əsasən ahıl, tənha vətəndaşlar hədəf seçilməklə, onların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir.
Bütün bunları nəzərə alaraq, DİN vətəndaşlara xəbərdarlıq edir ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər.
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?
Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ
Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ