Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Gürcüstanın Rustavi və Qardabani şəhərlərində olublar
Bakı, 14 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 13-də Gürcüstanın Rustavi və Qardabani şəhərlərində olub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Rustavi şəhərində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Nümayəndə heyəti Rustavi şəhərində yerləşən “Cümə” məscidini ziyarət edib. Məscidin dini icmasının üzvləri ilə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ramin Məmmədov Gürcüstanda yaşayan azərbaycanlıların dini dəyərlərə, milli və etnik köklərə bağlılığının mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Sonra Dövlət Komitəsinin sifarişi ilə çap edilmiş kitablar məscidə hədiyyə olunub.
Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qardabani şəhərindəki “Marağa” məscidini ziyarət etdikdən sonra “Əl-Hikmət” mərkəzinə gəlib. Burada Gürcüstandakı soydaşlarımıza göstərilən diqqət və qayğıdan, humanitar, mədəniyyət, təhsil sahələrində, o cümlədən dini icmaların inkişafına verilən dəstəkdən bəhs edilib.
Komitə sədri Gürcüstandakı azərbaycanlıların milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Milli Qəhrəman İqor Kşnyakinin xatirəsi “Ümid yeri” uşaq sığınacağında anılıb VİDEO
Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO
Ombudsman “İnsan hüquqları aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb