® “AccessBank”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
İyunun 14-də Bakı Fond Birjasında “AccessBank” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 dollar olan AZ2006004280 dövlət qeydiyyat nömrəli, 2 milyon 500 min dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Hərrac zamanı 2 investor tərəfindən 1000 dollar qiymətindən 2 sifariş təqdim edilib. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1000 dollar müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 6.00 faiz, faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon 500 min dollar təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon 500 min dollar olub. İstiqrazlar gələn il dekabrın 14-də ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Avrasiyanın “quru körpüsü” Horqos Çin-Avropa yük daşımalarının vacib nöqtəsidir
Ötən il ərzində 35 mindən çox hüquqpozma faktı aşkar edilib
Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur – ŞƏRH
Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb
Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb