Azərbaycan avarçəkəni beynəlxalq multiidman turnirində üçüncü yeri tutub
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində uğurlu çıxış edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idmançı yarışda bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan samboçusu Rəsul Aydəmirov (98 kiloqram) da üçüncü yeri tutub. Multiidman turniri iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.
Nazim Sadıxov: Rəqibim Nikolas Mottadan çəkinmirəm
Çilili idmançı: Rafael Fiziyev yüksəksəviyyəli döyüşçüdür
Rusiyalı UFC döyüşçüsü: Bakıdakı turnirdə özümü hər kəsə sübut etməyə çalışacağam
Braziliyalı döyüşçü: Oktaqonda Nazim Sadıxovla gərgin döyüş olacaq
Konfrans Liqası: Bu gün “Zirə” və “Araz-Naxçıvan”ın rəqibləri bilinəcək