Azərbaycan və Albaniya arasında qarşılıqlı ticarətin təşviqi müzakirə olunub
Bakı, 14 iyun, AZƏRTAC
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Cirokastra Regionu Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı və Albaniya Ticarət və Sənaye Palataları İttifaqının iştirakı ilə hər iki ölkənin biznes dairələri arasında görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan və Albaniya arasında qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə ölkələrin müvafiq qurumları və sahibkarlar arasında fikir mübadiləsi aparılıb. Biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün təmasların artırılması və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə turizm, investisiya, sənaye, ticarət və logistika sektorlarında fəaliyyət göstərən Albaniyanın 17 və Azərbaycanın 18 şirkəti iştirak edib.
Tədbir sahibkarlar arasında B2B formatda görüşlərlə davam edib.
Son bir il ərzində sabit genişzolaqlı internetin median sürəti 2 dəfə artıb
® “Richmond Properties” Bakıda keçirdiyi təqdimatı böyük regional rəğbətlə yekunlaşdırdı
Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib - MÜSAHİBƏ