Türkiyənin Qazi Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş olub
Ankara, 14 iyun, AZƏRTAC
Türkiyənin Qazi Universitetində Azərbaycan Dövlət İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, bu nüfuzlu ali təhsil müəssisənin rektoru, professor Musa Yıldız ilə keçirilən görüşdə iki qardaş ölkənin universitetləri arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları da iştirak ediblər.
Yekunda Qazi Universitetinin rektoru Musa Yıldız Ankaradakı Fuat Sezgin adına meşə massivində Azərbaycan nümayəndə heyətinin şərəfinə ağac əkilməsi ilə bağlı sertifikat təqdim edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO
FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO
Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq