×
A
A
A
Sazlamalar

Ayxan Abbasovun “Şamaxı” klubundakı köməkçiləri bəlli olub

Bakı, 14 iyun, AZƏRTAC

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” komandasının yeni baş məşqçisi Ayxan Abbasovun köməkçiləri bəlli olub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 43 yaşlı mütəxəssisə Elnur Çodarov, Ceyhun Rzayev, Xəyal Qarayev, Vüsal Qarayev və qapıçı hazırlığı üzrə məşqçi Kamil Qafarov kömək edəcəklər.
Qeyd edək ki, “Şamaxı” ötən gün Ayxan Abbasovla 1 illik müqavilə bağlayıb.

 

İdman 2024-06-14 15:29:00