×
A
A
A
Sazlamalar

Sənaye məhsulunun 64 faizdən çoxu mədənçıxarma sektorunda istehsal edilib

Bakı, 14 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 64,7 faizi mədənçıxarma, 29,3 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

 

İqtisadiyyat 2024-06-14 14:59:00