Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair bəzi məsələlər müzakirə olunub
Bakı, 14 iyun, AZƏRTAC
Yaponiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyində olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, nazir müavini xanım Honda Akiko ilə görüşən Fuad Muradov son illər Yaponiyada təhsil alan azərbaycanlıların sayının ildən-ilə artmasından məmnunluğunu ifadə edib, onların bu ölkənin böyük şirkət və müəssisələrində təcrübə keçməsinin Azərbaycana peşəkar mütəxəssislər qazandıracağını söyləyib. Səfər zamanı həmin tələbələrlə də görüşdüyünü xatırladan F.Muradov komitənin gənclərlə, xüsusən xaricdə təhsil alan tələbələrlə bağlı həyata keçirdiyi layihələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinin və tələbə-təcrübə mübadiləsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.
Komitə sədri, həmçinin Yaponiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Akira Amari ilə də görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.
Səfərin məqsədi, komitənin fəaliyyəti barədə məlumat verən F.Muradov dövlətlərarası münasibətlərdə diasporun güclənən rolundan, Yaponiyada təhsil alan azərbaycanlıların sayının getdikcə artmasından danışıb və Akira Amarini Azərbaycana səfərə dəvət edib.
Sonra parlament binası ilə tanışlıq olub.
Həkim-fizioterapevt: Fiziki aktiv uşaqlar bütün sahələrdə daha yüksək nəticələr əldə edir
Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi: Böyük fəxarət hissi keçirirəm
Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb VİDEO
Ali Məhkəmə məhkum tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair mühüm qərar qəbul edib