“28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb
Bakı, 14 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 hektar olan ərazidə - metronun “28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı, ətraf ərazi də abadlaşdırılacaq.
“Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib
Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşların müraciətlərini dinləyib
Daşınmaz abidələrin pasportlaşdırılması üçün vahid qaydalar müəyyənləşir
Hərbi qulluqçuların törətdiyi aşkar cinayətlər üzrə sadələşdirilmiş təhqiqat imkanı yaradılır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Roma Papasının vəfatı ilə bağlı bəyanat yayıblar