Azərbaycan samboçusu beynəlxalq multiidman turnirində bürünc medal qazanıb
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan samboçusu Rəsul Aydəmirov Rusiyanın Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində fəxri kürsüyə qalxıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 98 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, multiidman turniri iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.
Azərbaycan cüdoçuları Bakıdakı “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar
Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib
“Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub
Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək