Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 13-də saat 04:22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 288 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ötən həftə 1315,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Alman faşizmi üzərində Qələbənin 80-ci ildönümü Vyanada qeyd edilib
Gender bərabərliyi və idarəçilikdə qadınların rolu mövzusunda təlim keçirilib
Pediatr: Vitamin və mineralların qida zəncirində əvəzolunmaz yeri var