Azərbaycan Slovakiya ilə Müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişi təsdiqləyib
Bakı, 14 iyun, AZƏRTAC
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən 2024-cü il mayın 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.
Fərmana görə, həmin sənəddə göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
QHT-lərin BMT-də təmsilçiliyi ilə bağlı növbəti təlim keçirilib
Rəvan Həsənov: Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmətin təşviqində fəal rol oynayır
Türkiyəli ekspert: ECO-nun Xankəndi Zirvə görüşü regionda həmrəylik ruhunu gücləndirib
Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib