“Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin tabeliyində Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində “Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə məruzəçi kimi iştirak edən Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxışında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada nəzərdə tutulmuş öhdəliklər, Konvensiyanın həyata keçirilməsinin təşviqi və müstəqil monitorinqi üzrə ombudsmana verilmiş yeni səlahiyyətlər, bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib. O, həmçinin əlilliyi olan şəxslərin hüquqları ilə bağlı ombudsmana ünvanlanan müraciətlərin məzmunu, əlilliyi olan şəxslərin sağlamlıq, təhsil və əmək hüquqlarının təşviqi, müyəssərliyin təmini, inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində aparılan işlər haqqında danışıb.
Yekunda fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
Ermənilərin Cənubi Qafqaz və Anadoluda cinayətləri mövzusu Ankarada geniş müzakirə edilib