Qazaxıstan və Rumıniya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcminin artırılmasını müzakirə ediblər
Bakı, 14 iyun, AZƏRTAC
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Astanada Rumıniyanın Baş nazirinin müşaviri Florin Spataru ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, görüşdə yükdaşımaların həcminin artırılması, nəqliyyat sistemlərinin inkişafı məsələlərinə toxunulub.
Qeyd olunub ki, hər iki ölkənin yükdaşıma şirkətləri arasındakı əlaqələr daha da möhkəmlənməli və dayanıqlı nəqliyyat sistemi qurulmalıdır.
Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti vurğulanıb və bu marşrut üzrə yükdaşımaların həcminin artırılması üçün əlavə tədbirlərin görülməsi məsələsi də müzakirə edilib.
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib
Azərbaycanın investisiya mühiti Türkiyədə tanıdılır