Mingəçevirdə silahlı şəxs saxlanılıb
Bakı, 14 iyun, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən, əvvəllər də məhkum olunmuş Ümid Abbasov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.
Ü.Abbasov odlu silahı bir il əvvəl əldə etdiyini və yaşadığı evin zirzəmisində gizlətdiyini bildirib. Sonuncu dəfə o, avtomatı başqa yerdə gizlətmək məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Ü.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş qüvvəyə minib
Zərgərpalan hamamında arxeoloji irsin aşkarlanması ictimaiyyətə təqdim edilib
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
Polis Sumqayıtda ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirib VİDEO