Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumları bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Bakı, 14 iyun, AZƏRTAC
15 İyun – Milli Qurtuluş Günü və Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
Ekspert: Rumıniya Azərbaycan sərmayələrinin cəlb olunmasında çox maraqlıdır – MÜSAHİBƏ
® “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu
Mərkəzi Bank kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri açıqlanıb
Bakıda parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir
ADY nümayəndələri “Çin–Avropa Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak ediblər