Beş ayda neft koksunun ixracı 19 faizdən çox azalıb
Bakı, 14 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında ölkədən neft koksunun ixracı 19,5 faiz azalaraq 101,6 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 8 milyon 621,5 min dollar olub.
Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 126,2 min ton və ya 39 milyon 904,3 min dollar dəyərində neft koksu ixrac edilib.
RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!
Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq