×
A
A
A
Sazlamalar

Yanvar-may aylarında 5,9 faiz çox qaz ixrac olunub

Bakı, 14 iyun, AZƏRTAC

Yanvar-may aylarında ölkədən 9 milyard 912,6 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 3 milyard 451,1 milyon dollar olub.
Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 7 milyard 103 milyon dollar dəyərində, yəni, 9 milyard 362,7 milyon kubmetr təbii qaz ixrac edilib.

İqtisadiyyat 2024-06-14 11:27:00