Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 6,3 faiz artıb
Bakı, 14 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,3 faiz artaraq 4812,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3626,0 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.
Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 472,3 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 36,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq
“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib
® “Coca-Cola” şirkəti Azərbaycanda 5000 iş yerini dəstəkləyir
SOCAR Sloveniya şirkətləri ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib