×
A
A
A
Sazlamalar

2023-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Bakı, 14 iyun, AZƏRTAC

Milli Məclisin iyunun 14-də keçirilən növbədənkənar sessiyasının növbəti iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirləri 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif olunub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

İqtisadiyyat 2024-06-14 11:15:00