Səbail rayonunda narkotik vasitələr satan şəxs saxlanılıb
Bakı, 14 iyun, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində həmin şəxs - 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Füzuliyə köçürülən sakinlərdən 1097 şəxs məşğulluq tədbirlərinə cəlb olunub
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında növbəti konstitusiya işinə baxılıb
Azərbaycan şərabları Norveç və İsveç bazarlarında təqdim olunub