×
A
A
A
Sazlamalar

® Azərbaycanlı alim Avropa Ətraf Mühit və Sağlamlıq Prosesi Tərəfdaşlığı görüşündə məruzə edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev Türkiyənin Səhiyyə Nazirliyi və Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyinin dəvəti ilə iyunun 12-13-də İstanbul şəhərində keçirilən Avropa Ətraf Mühit və Sağlamlıq Prosesi Tərəfdaşlığı görüşündə iştirak edib.
Ümumdünya Səhiyyə Təşkilatının aparıcı beynəlxalq ekspertlərinin iştiraki ilə keçirilən nüfuzlu tədbirdə Ətraf Mühit və Sağlamlıq Prosesi Tərəfdaşlığı çərçivəsində Avropa regionunda kimyəvi təhlükəsizliklə bağlı aktual məsələlər müzakirə edilib.
Tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev görüşdə Azərbaycanın kimyəvi təhlükəsizliyi sahəsində aparılan işlər və gələcək üçün əsas prioritetlər barədə məruzə edib.
Mövzu ətrafında müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.
Görüşün yekununda Avropa regionunda kimyəvi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı tövsiyələr qəbul olunub, tərəfdaşlıq sahəsində gələcək addımlar üçün yol xəritəsi və əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilib.

Cəmiyyət 2024-06-14 11:09:00