×
A
A
A
Sazlamalar

Kreditlərin 94,8 faizi banklar tərəfindən verilib

Bakı, 14 iyun, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2024-cü il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq, milli valyuta ekvivalentində 25984,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 21731,5 milyon manatı və ya 83,6 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,8 faizi banklar, 5,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 21,9 faiz azalaraq 462,2 milyon manat olub və ümumi kredit portfelinin 1,8 faizini təşkil edib.

İqtisadiyyat 2024-06-14 10:45:00