Patriarx Kirill Bakı və Azərbaycan yepiskopuna arxiyerey jezlini təqdim edib
Moskva, 14 iyun, AZƏRTAC
Moskva və bütün Rusiyanın Patriarxı Kirill iyunun 13-də arximandrit Aleksinin (Smirnov) Bakı və Azərbaycan yepiskopu xirotoniyasına (təqdimat mərasiminə) başçılıq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva və bütün Rusiyanın Patriarxının mətbuat xidməti məlumat yayıb.
Liturgiyanın sonunda Rus Pravoslav Kilsəsinin Primatı yepiskop Aleksi ilə ibadət etməklə vidalaşıb və ona yepiskop jezlini təqdim edib.
Patriarx yepiskop Aleksiyə vaxtilə Bakı yeparxiyasının himayəsi altında yaradılmış və burada kilsə həyatının inkişafı üçün çox işlər görmüş arxiyepiskop Aleksandrın layiqli davamçısı olmağı, yerli mədəniyyətlə daha yaxından tanış olmağı və mütləq dili və adət-ənənəni öyrənməyi tövsiyə edib.
“Azərbaycan müasir dünyəvi dövlətdir, lakin qədim müsəlman əsaslarına və ənənələrinə malikdir və bu, sizin üzərinizə xüsusi məsuliyyət qoyur. Bütün ömrünü Qafqazda keçirmiş savadlı bir insan kimi İslam mədəniyyətinin xüsusiyyətlərini yaxşı bilməlisiniz. Bu spesifikliyi nəzərə alaraq, siz sistemli şəkildə ölkənin dini icmaları ilə dialoq qurmalısınız”, -deyə Patriarx bildirib.
O, həmçinin Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, patriarxın qeyd etdiyi kimi, “ölkədə yüksək nüfuza malik” və “Rusiya Pravoslav Kilsəsinin çoxdankı dostu olan” Allahşükür Paşazadə ilə ünsiyyətin vacibliyini qeyd edib.
“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib
Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib
“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb
FHN-in İdman-sağlamlıq klubunda çoxnövçülük üzrə çempionata yekun vurulub
İmtiyazlı şəxslərdən ibarət 62 nəfər sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb