AZPROMO və “Enterprise Greece” arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 14 iyun, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, memorandum Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası çərçivəsində imzalanıb.
Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Yunanıstanın xarici işlər nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Konstantinos Fraqkogyannis imzalayıblar.
Anlaşma Memorandumu ixrac və investisiya sahələrində birgə fəaliyyətin aktivləşdirilməsini, hər iki ölkədə investisiya imkanlarının təşviq edilməsini, eləcə də ölkələrin biznes icmaları arasında işgüzar əməkdaşlığın stimullaşdırılmasını nəzərdə tutur.
Energetika naziri Albaniyanın Korça şəhərinin qazlaşdırılması layihəsinin təqdimatında iştirak edib
Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb
® Məktəbli qızlar ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
İlk rübdə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları proqnozu 6,7 milyon manat üstələyib
® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub