Ordubadda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 13-də Ordubad rayonun Unus kənd sakininin bıçaq zərbəsi alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədullah oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəxtiyar Rəsulov şübhəli şəxs qismində tutulub.
Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azərbaycan diasporunun təmsilçiləri Duysburq-Essen Universitetində müzakirələr aparıblar
İordaniya və Cibuti nümayəndə heyətləri DOST Agentliyində olublar
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hüquq olimpiadasının qalibləri mükafatlandırılıb
“Venesiya” şadlıq sarayında baş vermiş kütləvi qida zəhərlənməsinin səbəbi açıqlanıb