Qlobal məsələlərin müzakirə olunduğu G7 sammiti başlayıb
Bakı, 13 iyun, AZƏRTAC
İtaliyada qlobal məsələlərin müzakirə olunduğu G7 ölkələri liderlərinin sammiti başlayıb. AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin çıxışı ilə başlayan bu ikigünlük mötəbər tədbirdə qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Hindistanın Baş naziri Narendra Modi də iştirak edəcəklər.
Ciorcia Meloni G7 ölkələrinin və Avropa İttifaqının liderlərini İtaliyanın cənub-şərqində yerləşən Borqo Eqnaziya şəhərində qarşılayıb.
Birinci sessiyanın açılış nitqində Meloni Qlobal Cənub dövlətləri ilə dialoqun vacibliyini vurğulayıb. O deyib: “İtaliya, həmçinin gələcəkdə mühüm olacaq başqa bir qitəyə - Afrikaya öz imkanları ilə xüsusi diqqət ayırmağa qərar verib. Bu, bizim keçmişdə göstərdiyimizdən fərqli yanaşma tələb edir”. O, bu kontekstdə miqrasiya məsələlərinin də müzakirə olunacağını qeyd edib.
ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 qrupu Aİ Şurasının rəhbəri Şarl Mişel və Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Asiya-Sakit Okean regionunda vəziyyəti, habelə iqlim dəyişikliyi, enerji və süni intellekt məsələlərini, Ukraynada və Qəzzada müharibəni müzakirə edəcək.
Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək
Fransada iki kəşfiyyat təyyarəsi toqquşub
Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər
Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur