×
A
A
A
Sazlamalar

Sumqayıt gəncləri qanvermə aksiyasına qoşulub

Sumqayıt, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Hər zaman müxtəlif sosial aksiyalara dəstək göstərən Sumqayıt gəncləri Mərkəzi Qan Bankının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə iyunun 13-də keçirilən qanvermə aksiyasında iştirak ediblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzı Qan Bankının Sumqayıt bölməsində keçirilən aksiyaya şəhərin gəncləri və idman ictimaiyyətinin nümayəndələri qoşulub.
Bölmənin rəhbəri Leyla Məhərrəmova AZƏRTAC-a bildirib ki, qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır. Tədarük olunan qan nümunələri yoxlanıldıqdan sonra hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə ediləcək.
Əvvəlcə müraciət edənlərin sağlamlıq vəziyyəti yoxlanılır, aparılan müayinələrin nəticələri əsasında qan götürülür.
Aksiya davam edir.

 

Regionlar 2024-06-13 14:36:00