×
A
A
A
Sazlamalar

Ankarada F-16-ların Türkiyəyə tədarükünə dair sazişin imzalandığı bildirilib

Ankara, 13 iyun, AZƏRTAC

Türkiyə ilə ABŞ arasında F-16 döyüş təyyarələrinin tədarükünə dair saziş imzalanıb.
AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda iki ölkənin nümayəndə heyətləri səviyyəsində müdafiə sazişlərinin icrasının təfərrüatları üzərində iş aparılır.
Nazirlikdə əmin ediblər ki, müzakirələrin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, bu il yanvarın sonunda Amerika mətbuatı Türkiyə Hərbi Hava Qüvvələri donanmasının modernləşdirilməsi ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamışdı. Söhbət Türkiyəyə 40 ədəd “F-16 Blok 70” təyyarəsinin verilməsi və Türkiyə ordusunda xidmət edən daha 79 ABŞ qırıcısının modernləşdirilməsindən gedirdi.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2024-06-13 14:18:00