Bu günədək tədarük məntəqələrinə 190,2 ton yaş barama təhvil verilib
Bakı, 13 iyun, AZƏRTAC
Respublikada yaş barama tədarükü davam edir. İyunun 13-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 190,2 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 40 tondan artıq yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Zaqatala (21 ton 353 kq), Ağcabədi (19 ton 854 kq), Balakən (15 ton 141 kq), Bərdə (12 ton 173 kq) və Lənkəran (7 ton 533 kq) rayonları öndə gedir.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 9 min qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.
Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub
Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub
Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ
Mil-Muğan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO