Türkiyədə daşınmaz əmlak bazarına ən çox maraq göstərən ölkələrin adları açıqlanıb
Ankara, 13 iyun, AZƏRTAC
Türkiyədə daşınmaz əmlakla maraqlanan əcnəbi vətəndaşlar arasında ən populyar obyektlər Antalya, İstanbul və Mersin vilayətindəki mənzillərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) ölkənin daşınmaz əmlak bazarının vəziyyəti ilə bağlı may ayı üzrə hesabatında deyilir.
Hesabatda bildirilir ki, təkcə bu ilin may ayında xarici vətəndaşlar Türkiyədə 2064 yaşayış obyekti alıb ki, bu da ümumi satış əməliyyatlarının 1,9 faizini təşkil edir.
Əcnəbilər tərəfindən ən çox mənzil Antalya vilayətində satın alınıb (797), həmçinin onlar İstanbul və Mersində müvafiq olaraq 668 və 164 yaşayış obyekti əldə ediblər.
Qeyd olunur ki, may ayında 437 Rusiya, 207 İran və 171 Ukrayna vətəndaşı Türkiyədə mənzillər alıblar.
Ötən ay Türkiyədə cəmi 110 588 mənzil satılıb. Evlərə aktiv tələbat İstanbul, Ankara və Antalyada, ən az tələbat isə Bayburt, Ərdahan və Hakkaridə olub.
Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb
Fransa Senatı keçmiş baş nazirlər və prezidentlər üçün imtiyazların ləğvinin lehinə səs verib
Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026-cı ildə başlanması planlaşdırılır
Media: Fransa və Britaniya Ukraynaya hərbçilər göndərməyi planlaşdırır
Qazaxıstanda qar fırtınası: 5 mindən çox insan təcrid şəraitindədir