Zaqatalada güclü küləyin fəsadları aradan qaldırılır
Zaqatala, 13 iyun, AZƏRTAC
Ötən gün axşam radələrindən başlayaraq Zaqatala və Balakən rayonları ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində güclü küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb.
AZƏRTAC xəbər verir ki, küləyin fəsadları daha çox Zaqatala rayonunda müşahidə olunub. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, Zaqatala şəhəri və Moqov kənd inzibati ərazisində ağaclar yüksək gərginlikli elektrik xətlərinin üzərinə aşıb. Bir neçə elektrik dirəyi aşdığından bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qırılmış elektrik xətləri və dirəklərin bərpa edilməsi istiqamətində iş aparılır.
Zaqatala Elektrik Şəbəkəsinin baş mühəndisi Cavanşır Əliyev bildirib ki, hazırda mütəxəssislər 10 kilovoltluq hava xəttinin keçdiyi ərazilərdə bərpa-təmir işləri aparır. Maqov kəndi ərazisindən keçən bu xəttdə güclü külək nəticəsində 6 ədəd beton dayağın sıradan çıxdığını deyən baş mühəndis, onları yeni dayaqlarla əvəz edəcəklərini və gün ərzində elektrik enerjisinin verilməsinin bərpa olunacağını söyləyib.
Tovuzda 15 iyun- Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib
Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir
Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib
Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram