Bölgədə yaranan yeni vəziyyət Rusiya sülhməramlılarına ehtiyacın qalmadığını göstərdi - Hərbi ekspert
Bakı, 13 iyun, AZƏRTAC
İkinci Qarabağ müharibəsindən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlıları kontingentinin iyunun 12-də ölkəmizi tamamilə tərk etməsi dövlətimizin növbəti uğurudur. Bu uğurun banisi isə qəhrəman Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
O bildirib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan əraziləri separatçılardan təmizləndi və dövlət suverenliyimiz tam bərpa olundu. Bununla da bölgədə yaranan yeni vəziyyət nəticəsində Rusiya sülhməramlılarının fəaliyyətinə hər hansı bir ehtiyacın qalmadığı aydın şəkildə görünürdü.
"Sülhməramlıların vəzifəsi yerləşdikləri ərazidə silahlı insidentlərin qarşısını almaq və atəşkəs rejiminə nəzarət etmək idi. Təəssüf ki, sülhməramlılar olan dövrdə də qanunsuz erməni silahlı birləşmələrinin mövqelərimizi dəfələrlə atəşə tutmasınının, təxribat törətməsinin, bununla yanaşı, ərazilərimizi minalamasının şahidi olduq. Azərbaycan tərəfi bu cür təxribatların qarşısının birdəfəlik alınması üçün bütün zəruri tədbirləri həyata keçirdi. Beləliklə, Qarabağda hər hansı terrorçu olmadığı üçün Rusiya sülhməramlı kontingentinin də fəaliyyətinə ehtiyac qalmadı. Bütün bu reallıqları isə Azərbaycan Ordusu və dövləti yaratdı.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimi və dialoqunda iştirak edirlər
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib
Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib
“Qış təlimi-2025”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib