Aparat rəhbəri: Bu ilin 5 ayında 683 halda qanunsuz ət kəsimi həyata keçirən subyektlər haqqında inzibati tədbirlər görülüb
Bakı, 13 iyun, AZƏRTAC
Cari ilin yanvar- may ayları ərzində 4 min 500-dən çox qanunsuz ət kəsimi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə monitorinqlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.
E.Mikayılov respublika üzrə bir sıra hallarda qanunsuz ət kəsimi prosesinə rast gəlindiyini deyib.
O bildirib ki, cari ilin yanvar-may ayları ərzində 683 halda qanunsuz ət kəsimi həyata keçirən subyektlər haqda inzibati tədbirlər həyata keçirilib.
“Eyni zamanda, onlarla obyektin fəaliyyəti məhdudlaşdırılıb. İstər Qurban bayramı, istərsə də Qurban bayramından sonrakı dövrlərdə qanunsuz kəsim hallarına birmənalı şəkildə yol verilməyəcək. Bu işlə məşğul olan sahibkarlar və vətəndaşlar qanunvericiliyə uyğun kəsim prosesindən keçmiş heyvanların satılmasına və əldə edilməsinə çalışmalıdır. Məlumdur ki, Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə identifikasiya prosesinə başlayıb. İri və xırdabuynuzlu heyvanlar mütləq şəkildə identifikasiya olunmalıdır. Heyvanlar yalnız baytarlıq nəzarətindən keçdikdən sonra istehlakçıya təqdim olunmalıdır”.
AZƏRTAC-ın əməkdaşları “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar VİDEO
Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır
Nizami rayonunda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslər saxlanılıb
Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırılıb
Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək